İşdən çıxarılma hər zaman gözlənilməz gəlir. Əgər işə xitam qərarının qanunauyğun olmadığını düşünürsünüzsə, susmamalısınız — qanun sizi qoruyur və vaxt müddətləri mövcuddur.

İşə xitamın qanunauyğun sayılmadığı hallar

  • İşçinin razılığı olmadan və qanuni əsas göstərilmədən xitam verilməsi.
  • Əmək Məcəlləsində nəzərdə tutulmayan səbəblərlə xitam.
  • Həmkarlar ittifaqının rəyi alınmadan qrup şəklində ixtisar.
  • Hamiləlik və ya uşaqa qullıq dövründə olan işçiyə xitam.

Müraciət müddətləri

Qanunsuz işdən çıxarılma ilə bağlı məhkəməyə müraciət üçün xüsusi müddət nəzərdə tutulub. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən:

  • Məhkəməyə müraciət üçün — 1 ay (işə xitam əmri alındığı gündən).
  • Fərdi əmək mübahisəsi orqanına müraciət üçün — 3 ay.

İşə bərpa və təzminat

Məhkəmə xitamın qanunsuz olduğunu təsdiq edirsə, işçi işə bərpa edilməli və məcburi işburaxma dövrü üçün orta əmək haqqı ödənilməlidir. Əlavə olaraq, mənəvi zərərin ödənilməsi də tələb oluna bilər.

Hüquqi əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsi (296-cı maddə) məhkəməyə müraciət üçün 1 aylıq müddət müəyyən edir. Bu müddəti əldən verməmək üçün əmri aldığınız gündən tədbir görün.

Düzgün sənədləşdirmə və məhkəmə strategiyası olmadan hüquqlarınızı bərpa etmək çətin ola bilər. Vəkil yardımı işin nəticəsində həlledici rol oynayır.