Aysel Süleymanova


Peşəkar hüquqi yardım
"Vəkilin ən birinci vəzifəsi dinləməkdir"
2007-ci ildən hüquqşünas kimi fəaliyyət göstərirəm. Bu dövr ərzində müxtəlif özəl firmalarda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, ASAN xidmət mərkəzlərində çalışmışam.
2019-cu ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm. Hazırda BHM və Partnyorları Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərirəm.
Fəaliyyət sahələri
Mülki hüquq sahəsində geniş spektrli hüquqi yardım göstərirəm
Mülki hüquq
Mülki mübahisələrin həlli, mülkiyyət hüquqlarının müdafiəsi, müqavilə münasibətləri və digər mülki işlər üzrə hüquqi yardım.
Ailə hüququ
Boşanma, aliment, uşaqların himayəsi, əmlak bölgüsü və digər ailə mübahisələrinin həlli.
Vərəsəlik hüququ
Vərəsəlik işlərinin aparılması, vəsiyyətnamənin tərtib edilməsi, vərəsəlik mübahisələrinin həlli.
Əmək hüququ
İşçi hüquqlarının müdafiəsi, əmək mübahisələri, qanunsuz işdən çıxarılma ilə bağlı işlər.
Müqavilə hüququ
Müqavilələrin tərtib edilməsi, hüquqi ekspertiza, müqavilə mübahisələrinin həlli.
İnzibati hüquq
Dövlət orqanları ilə münasibətlər, inzibati qərarlardan şikayət, lisenziya və icazə məsələləri.
Peşəkar yolum

Üstünlüklərim
Hansısa addım atmadan hüquqşünas məsləhəti alın. Addımı atıb onun fəsadlarını aradan qaldırmaq, ilkin hüquqi yardıma görə ödəyəcəyiniz məbləğdən qat-qat baha başa gəlir.
Vəziyyətin dürüst qiymətləndirilməsi
İşinizin udma ehtimalını gizlətmirəm. Məhkəmə çəkişməsi səmərəsiz olduqda, vaxtınıza və pulunuza qənaət etmək üçün məhkəmədənkənar həll yolları təklif edirəm.
Vəkil sirri
Bütün sənədlər və məlumatlar vəkil sirri ilə qorunur və heç vaxt üçüncü şəxslərə ötürülmür.
İşinizlə şəxsən mən məşğul oluram
İşinizlə köməkçi və ya katib yox, şəxsən mən məşğul oluram. Hər bir detalı diqqətlə araşdırıram, hər mərhələdə sizi məlumatlandırıram və suallarınıza adətən bir iş günü ərzində cavab verirəm.
Diplom və vəsiqə
Tez-tez verilən suallar
İlkin konsultasiya neçəyə başa gəlir?
Xidmətlərin qiyməti nə qədərdir?
Məhkəmə işi nə qədər çəkir?
İşimi udma şansım nədir?
Onlayn konsultasiya mümkündürmü?
Konsultasiyaya hansı sənədləri gətirməliyəm?
Hansı dillərdə konsultasiya verirsiniz?
Məlumatların məxfiliyi qorunurmu?
Siz Vəkillər Kollegiyasının üzvüsünüz?
Əlaqə saxlayın
Hüquqi məsləhət almaq üçün əlaqə saxlayın. İlkin konsultasiya — 100 AZN. Onlayn konsultasiya və regionlara çıxış da mümkündür.